“Bavariya” Tomas Müllerlə müqaviləni uzatmaq istəyir
Almaniya nəhəngi “Bavariya” gələn yay - iyunun 24-də müqaviləsi bitəcək olan Tomas Müllerlə müqavilənin uzadılması ilə bağlı masa arxasına əyləşəcək.
Sportline.az "Goal.com"a istinadla xəbər verir ki, “Bavariya” klubunun prezidenti Kristof Frond açıqlamasında “Müller bizə lazımlı futbolçudur. İstər oyun zamanı, istərsə də oyundan sonra gənc futbolçulara motivasiya verir. Əlbəttə son qərarı özü verəcək. Amma biz Tomas Müllerin klubda qalmasından yanayıq” deyib.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2009/10 mövsümündən etibarən “Bavariya” klubunda çıxış edir.