"Bavariya" ukraynalı futbolçunu heyətinə qatmaq istəyir
"Bavariya"nın yeni baş məşqçisi Vinsent Kompani Ukrayna millisinin və "Arsenal"ın futbolçusu Zinçenkonu heyətdə görmək istəyir.
Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, "Bavariya" təcrübəli oyunçu üçün London klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Arsenal" Zinçenkonu 2022-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Ukrayna millisinin üzvü başa çatan mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.