"Bavariya" Upamekano ilə bağlı qərar verib
"Bavariya" fransalı futbolçusu Dayo Upamekano ilə yola davam edəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Upamekano Münhen klubu ilə yeni müqavilə imzalayacaq.
26 yaşlı stoperin "Bavariya" ilə hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Dayo Upamekanonun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
O bu mövsüm çıxış etdiyi 27 oyunda 2 qolla yadda qalıb.