“Bavariya” və “Borussiya” xal itirdi
Almaniya Bundesliqasında 28-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, 2-ci oyun günündə daha 5 görüş keçirilib.
Lider “Bavariya” doğma meydanda “Hoffenhaym”la heç-heçə edib. “Köln” - “Maynts” və “Ayntraxt” - “Borussiya” (Münhenqladbax) oyunlarında da qalib müəyyənləşməyib. “Ştutqart” - “Borussiya” (Dortmund) matçı bol qollu keçsə də, bərabərliklə nəticələnib. “Leyptsiq” isə evdə “Auqsburq”a qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 59 xalla "Bavariya" liderlik edir. Dortmund "Borussiya"sı 57 xalla 2-ci, "Leyptsiq" 51 xalla 3-cüdür.
Almaniya Bundesliqası, 28-ci tur
15 aprel
"Bavariya" – "Hoffenhaym" - 1:1
Qollar: Pavar, 17 – Kramariç, 71.
"Köln" – "Maynts" - 1:1
Qollar: Lyubiçiç, 51 – Ayorke, 17.
"Leypsiq" – "Auqsburq" - 3:2
Qollar: Kampl, 10, Verner, 32, 35 – Mayer, 5, Varqas, 82.
"Ştutqart" – "Borussiya" (Dortmund) - 3:3
Qollar: Kulibali, 78, Vaqnoman, 84, Mvumpa, 90+7 – Haller, 26, Malen, 33, Reyna, 90+3.
"Ayntraxt" – "Borussiya" (Münhenqladbax) - 1:1
Qol: Muani, 83 – Hofmann, 13.