"Bavariya" və "Çelsi" transfer yarışına girib
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" və "Çelsi" Meyno üçün hərəkətə keçib.
19 yaşlı futbolçu üçün "Mançester Yunayted" 80 milyon avro tələb edir.
Qeyd edək ki, Meyno bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 1 qol və 1 asistlə yadda qalıb.
Onun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.