"Bavariya" Vlahoviçin ovuna çıxıb

"Yuventus"un forvardı Vlahoviç karyerasını Almaniyada davam etdirə bilər.

Sportline.az "Telegraf"a istinadən xəbər verir ki, münhenlilərin baş məşqçisi Tomas Tuhel 23 yaşlı hücumçunu sərəncamında görmək istəyir.

"Yuventus" qarşı tərəfin 50 milyon avroluq təklifini rədd etsə də danışıqların uğurla nəticələnəcəyi göslənilir.

Qeyd edək ki, serbiyalı futbolçu cari mövsümdə 27 oyuna 10 qolla yadda qalıb.