"Bavariya" yeni formasını təqdim etdi
"Bavariya" yeni geyim dəstini təqdim edib.
Sportline.az klubun saytına istinadla xəbər verir ki, yeni forma Oktoberfestə həsr olunub.
Geyim dəsti yaşıl rəngdə olacaq.
Tomas Tuxelin komandası bu geyimlə ilk oyununa bu gün çıxacaq.
Münhenlilər Bakı vaxtı ilə 22:30-da Leverkuzen "Bayer"ini qəbul edəcəklər.