"Bavariya" yeni transferi açıqladı

"Bavariya" klubu Konrad Laymeri transfer edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Leypsiq"lə müqaviləsi bitən futbolçunu azad agent statusunda heyətə qatıb.

Avstriya millisinin yarımmüdafiəçisi münhenlilərlə 2027-ci ilədək anlaşma imzalayıb.

Qeyd edək ki, 2017-ci ildən "Leypsiq"in şərəfini qoruyan Laymer bu komanda ilə Almaniya kubokuna sahib çıxıb.