"Bavariya" yeni transferini açıqladı

Brayan Saraqosa karyerasını Almaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, o, "Bavariya" ilə müqavilə bağlayıb.

Klubun rəsmi saytında yayılan məlumata görə, 22 yaşlı vinger mövsümün sonunadək münhenlilərin formasını geyinəcək.

Qeyd edək ki, "Qranada"nın futbolçusu ilə ilkin anlaşmaya əsasən o, yayda yeni klubuna qoşulmalı idi.

Amma, münhenlilər onun xidmətindən daha əvvəldən yararlanmağa üstünlük veriblər.

Saraqosanın transfer qiyməti 12 milyon avrodur.