"Bavariya" yeni transferini açıqlayıb

Almaniyanın "Bavariya" klubu Niderland "Ayaks"ından ayrılan Nussair Mazrauini heyətinə qatıb.

Sportline.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 2026-cı ilədək müqavilə imzalanıb.

Mərakeşli oyunçu ölkə çempionuna azad agent kimi keçib.

Qeyd edək ki, "Ayaks"ın yetirməsi olan Mazraui 2018-ci ildən əsas komandanın formasını geyinib.