"Bavariya" yeni transferlə bağlı anlaşma əldə edib

"Bavariya" heyəti daha bir futbolçu ilə gücləndirəcək.

Sportline.az xəbər verir ki, münhenlilər "Qranada"nın yarımmüdafiəçisi Brayan Saraqosanı rənglərinə qatacaqlar.

Bu barədə tanınmış jurnalist Florian Plettenberq sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə tərəflər artıq transferlə bağlı razılığa gəliblər.

Bu keçid Almaniya nəhənginə 15 milyon avroya başa gələcək.

Gələn yay yeni komandaya qoşulacaq 22 yaşlı futbolçunun "Bavariya" ilə 2028-ci ilədək müqavilə bağlayacağı gözlənilir.