"Bavariya" yenidən lider oldu

Almaniya Bundesliqasında 23-cü turun növbəti oyunları keçirilib.

Sportline.az xəbər verir ki, ilk  səfərdə "Ştutqart"a qalib gələn "Bavariya" yenidən liderliyə yüksəlib. "Verder" evdə "Auqsburq"a uduzub. "Şalke" səfərdə "Bohum"dan üstün olub. "Maynts" öz meydanında "Hoffenhaym"a qalib gəlib.

4 mart

Almaniya Bundesliqası, 23-cü tur

"Auqsburq" - "Verder" - 2:1
Qollar:
 B.Belyo, 6, A.Mayer, 46 - J.Steyc, 16

"Borussiya" (Münhenqladbax) - "Frayburq" - 0:0

"Bohum" - "Şalke" - 0:2
Qollar:
 M.Reymann, 45-avtoqol, M.Bulter, 79

"Maynts" - "Hoffenhaym" - 1:0
Qol:
 L.Barreyro, 33

"Union" - "Köln" - 0:0

"Ştutqart" - "Bavariya" - 1:2
Qollar:
 M.de Liqt, 39, E.Şupo-Motinq, 62

Bu nəticələrdən sonra turnir cədvəlinə 49 xalla "Bavariya" başçılıq edir. Dortmund "Borussiya"sı eyni xalla 2-ci, "Union" 44 xalla 3-cüdür.