"Bavariya"da 4 günlük istirahət
“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann futbolçularına bir neçə günlük istirahət verib.
Sportline.az "Bild"ə istinadən xəbər verir ki, komanda qarşıdakı 4 gün məşq etməyəcək. Münhen təmsilçisi martın 29-da məşqə qayıdacaq. Milli komandalarının oyunlarına gedən futbolçular sonradan komandaya qoşulacaqlar.
Qeyd edək ki, "Bavariya" növbəti matçını Bundesliqada aprelin 2-də “Frayburq”a qarşı keçirəcək.