"Bavariya"da ciddi itki
"Bavariya"nın futbolçusu Lukas Ernandes zədələnib.
Sportline.az "Bild"ə istinadən xəbər verir ki, fransalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin "Barselona" ilə oyununda (2:0) sıradan çıxıb.
Komandasının ilk qolunu vuran futbolçu bu gün tibbi müayindədən keçib. Onun əzələsində problem aşkarlanıb və azı bir ay meydana çıxa bilməyəcəyi məlum olub.