"Bavariya"da itki var

Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə qarşılaşacaq "Bavariya"nın heyətində itki var.

Sportline.az "Sky Sport"a istinadla xəbər verir ki, müdafiəçi Jerom Boatenq Danimarkaya yollanmayıb.

O, klubun bazasında fərdi proqramla məğqləri davam etdirəcək.

Zədəsini sağaldan futbolçunun oktyabrın 5-də ümumi qrupa qoşulacağı bildirilir.