"Bavariya"da müəmmalı vəziyyət

"Bavariya" Leroy Sane ilə yeni müqavilə üçün danışıqlara başlamağa tələsmir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçunun özü də buna elə də can atmır.

Qeyd edək ki, Sanenin klubla müqaviləsinin müddəti 2025-ci ilədəkdir.

28 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı oyunlarda 9 qol və 11 asist müəllifidir.

Transfermarkt portalında onun dəyəri 80 milyon avro göstərilir.