"Bavariya"dan "Borussiya"ya

Dortmund "Borussiya"sı "Bavariya"nın futbolçusu Niklas Zyuleni transfer edib.

Sportline.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin saytı məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Alman oyunçu ilə imzalanan müqavilə yayda qüvvəyə münəcək. O, yeni klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Zyule bu mövsüm Bundesliqada meydana çıxdığı 18 matçda 1 qolun ötürməsini verib.