"Bavariya"dan PSJ-yə
"Bavariya"nln futbolçusu Lukas Ernandes karyerasını Fransada davam etdirəcək.
Sportline.az Sports Zone nəşrinə istinadən xəbər verir ki, PSJ sözügedən müdafiəçi üçün 50 milyon avro ödəməyə hazırdır.
27 yaşlı fransalının illik qazancının 19 milyon avro olacağı bildirilir.
İlk tibbi baxışdan uğurla keçən Ernandesin parislilərlə 3+1 sxemi ilə müqavilə bağlayacağı gözlənilir.