"Bavariya"dan xal itkisi
Almaniya Bundesliqasında 17-ci tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib. "Bavariya" evdə "Köln"lə bərabərə qalıb - 1:1. "Leytpsiq" səfərdə "Şalke"ni 6:1, "Volfsburq" "Herta"nı 5:0 hesabı ilə darmadağın edib. "Hoffenhaym" - "Ştutqart" görüşündə bərabərlik qeydə alınıb - 2:2.
Qeyd edək ki, turnir cədvəlinə 36 xalla "Bavariya" başçılıq edir. "Leyptsiq" 32 xalla 2-ci, "Ayntraxt" 30 xalla 3-cüdür.
24 yanvar
"Bavariya" - "Köln" - 1:1
Qollar: Şkiri, 4 (0:1), Kimmix, 90 (1:1)
"Herta" - "Volfsburq" - 0:5
Qollar: Svanberq, 4, Arnold, 31-pen. Vind, 34, Baku, 73, Marmoush, 86
"Hoffenhaym" - "Ştutqart" - 2:2
Qollar: Kramariç, 11 (1:0), Quirassi, 45+5 (1:1), Endo, 77 (1:2), Kramariç, 90+4 (2:2)
"Şalke" - "Leyptsiq" - 1:6
Qollar: Silva, 7 (0:1), Henrik, 15 (0:2), Silva, 44 (0:3), Verner, 45+2 (0:4), Kozuki, 56 (1:4), Olmo, 83 (1:5), Poulsen, 89 (1:6)