"Bavariya"nın futbolçusu cəzalandı
Almaniya Futbol Federasiyası "Bavariya"nın futbolçusu Alfonso Devisi iki oyunluq cəzalandırıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, buna onun Bundesliqanın 26-cı turunda "Ştutqart"la matçda (4:0) rəqib futboçuya qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.
Beləliklə, 20 yaşlı müdafiəçi ölkə çempionatında "Leyptsiq" və "Yunion"la görüşləri buraxacaq.