"Bavariya"nın futbolçusu uzun müddətə sıradan çıxdı

"Bavariya"nın müdafiəçisi Matteys de Liqt diz qapağından ciddi zədələnib.

Sportline.az xəbər verir ki, niderlandlı futbolçu bu səbəbdən 4-6 həftə meydana çıxa bilməyəcək. 

Bu barədə Bild nəşri məlumat yayıb.

Qeyd edək ki, komandanın aparıcı futbolçularından sayılan 24 yaşlı müdafiəçi Almaniya Kubokunun 1/16 final mərhələsində "Saarbrükken"lə (2-1) qarşılaşmada xəsarət alıb.