"Bavariya"nın məşqçisi və dörd futbolçusu koronavirusa yoluxub

Almaniyanın "Bavariya" komandasının 4 futbolçusu koronavirusa yoluxub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı Manuel Noyer, müdafiəçi Omar Riçards, yarımmüdafiəçilər Kinqsli Koman və Korenten Tolissodur.

Habelə, baş məşqçinin köməkçisi Dino Topmöllerdə infeksiya aşkarlanıb.

Yoluxanların özlərini yaxşı hiss etdikləri və evdə təcrid olunduqları bildirilir.

Xatırladaq ki, "Bavariya" Bundesliqanın XVIII turunda "Borussiya" (Mönxenqladbax) komandasını qəbul edəcək.