"Bavariya"nın yeni baş məşqçisi açıqlandı

Tomas Tuxel "Bavariya"nın yeni baş məşqçisidir.

Sportline.az xəbər verir ki, münhenlilər 49 yaşlı mütəxəssislə 2025-ci ilin 30 iyununadək müqavilə bağlayıblar.

"Maynts", "Borussiya" Dortmund, PSJ və "Çelsi"nin sabiq çalışdırıcısı bu postda Yulian Naqelsmannı əvəzləyib.

O, komandanın sükanı arxasında ilk matçını aprelin 1-də Dortmund "Borussiya"sına qarşı keçirəcək.