"Bavariya"nın yeni hədəfi

"Bavariya" heyəti gücləndirmək niyyətindədir.

Sportline.az 90min-ə istinadla xəbər verir ki, münhenlilər bu məqsədlə İngiltərəyə üz tutublar.

Almaniya nəhənginin "Fulhem"in yarımmüdafiəçisi Joau Palinyanın xidmətində maraqlı olduğu bildirilir.

Klubun skautları Palinyanın son iki oyundakı çıxışını yaxından izləyiblər.

Cari mövsümdə "Fulhem"lə 15 oyuna çıxan Palinya iki qol, bir məhsuldar ötürmə müəllifidir.

"Bavariya" ilə yanaşı "Liverpul"un da maraq göstərdiyi futbolçunun transferi qiyməti 55 milyon avrodur.