"Bavariya"nın yeni hədəfi

"Bavariya" İngiltərə millisinin üzvü Kiran Tripyerin xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, münhenlilər "Nyukasl"ın kapitanı ilə ciddi maraqlanırlar.

"Chronical Live" nəşrinin yaydığı xəbərə görə onun transferi qış transfer pəncərəsində reallaşa bilər.

"Bavariya" müdafiənin sağ cinahındakı problemi məhz onunla həll etmək niyyətindədir.

Bu keçiddə Harri Keyn amilinin də rol oynayacağı vurğulanır.

Qeyd edək ki, bu mövsüm 28 oyuna çıxan Tripyer 8 məhsuldar ötürmə ilə yadda qalıb