"Bavariya"ya çempionluq yolunda ağır zərbə

"Bavariya" Almaniya Bundesliqasında 33-cü tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Münhen təmsilçisi "Leyptsiq"i qəbul edib və 1:3 hesabı ilə uduzub.

"Bavariya" - "Leyptsiq" - 1:3
Qollar: Qnabri, 25 (1:0), Laymer, 65 (1:1), Nkunku, 76 (1:2), Soboslai, 86 (1:3)

"Bavariya" Bundesliqada bu mövsüm 33 oyundan sonra 68 xalla turnir cədvəlinə başçılıq edir. "Borussiya" (Dortmund) 67 xalı var. Lakin Dortmund təmsilçisi 1 matç az keçirib. "Borussiya" sabah "Auqsburq"a qalib gəlsə, liderliyə yüksələcək. “Leyptsiq” 63 xalla 3-cü pillədə qərarlaşıb.