"Bayer" liderliyi ələ keçirdi
Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib. “Şalke” səfərdə “Auqsburq”la bərabərə qalıb - 2:2.
Turun son görüşündə “Bayer” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Leverkuzen təmsilçisi “Bavariya”nın xal itkisindən maksimum yararlanaraq zirvəyə yüksəlib. "Bayer"in hazırda 25 xalı var. "Bavariya" 24 xalla 2-ci, "Leyptsiq" 24 xalla 3-cüdür.