Gənc bədii gimnastlar Avropa çempionatının finalında

Gənc bədii gimnastlardan ibarət qrup hərəkətləri komandamız Bakıda Avropa çempionatının ilk günündə layiqincə çıxış edib.

Sportline.az xəbər verir ki, 5 halqa ilə hərəkətlərdə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə 21.650 xal toplayaraq beşinci yeri tutub. Bu isə seçmə komandanın finala çıxması üçün yetərli olub. 

İyirmi komanda mayın 19-da keçiriləcək final üçün mübarizə aparır. Avropa çempionatının fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edirlər.

Yarışlarda 35 ölkədən gimnastlar iştirak edirlər. Qeyd edək ki, Bakı 2007, 2009 və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.