Bəhram Bağırovun xatirəsinə həsr olunan turnir keçirildi

Bakı Tennis Akademiyasında mərhum tennisçi Bəhram Bağırovun xatirəsinə həsr olunmuş qoşa kişilər arasında ənənəvi turnir keçirilib.

Sportline.az xəbər verir ki, yarışda 16 qoşa kişi iştirak edib. 4 komanda olmaqla 4 qrupda mübarizə gedib. Hər qrupdan ilk 2 yerin sahibi 1/4 finala vəsiqə qazanıb.
Daha sonra yarımfinal və final duelləri keçirilib. Matçlar 1 setdən ibarət olub.

Yekunda Emin Eminov və Oleq Zaqorodnevdən ibarət komanda həlledici görüşdə Kamranla İmranı 6:3 hesabı ilə məğlub edərək kubok qazanıb.

3-cü yeri isə İzzət - İsmayıl cütü ilə Umut - Vasif komandası tutub.