Belçikada beynəlxalq tennis turniri davam edir

Belçikanın Antverpen şəhərində mükafat fondu 508 min avro olan ATP seriyalı turnirdə ilk mərhələnin oyunları keçirilib.

Sportline.az xəbər verir ki, yarışın iddialı tennisçilərindən olan avstraliyalı Aleks de Minaur Amerika Birləşmiş Ştatlarını təmsil edən Brendon Nakasima ilə mübarizə aparıb. Maraqlıdır ki, ATP reytinqində 26-cı pillədə olan Avstraliya tennisçisi özündən 53 pillə geridə olan rəqibinə məğlub olub.

Digər görüşlərdə isə Alexandro Davidoviç-Fokina, Henri Laaksonen, Lorentso Muzetti, Censon Bruksbi, Endi Marrey, Yan-Lennard Ştruff, Marton Fuçoviç və Lloyd Harris qələbə qazanaraq 1/8 finala yüksəlib.

Turnirin qalibi oktaybrın 24-də müəyyənləşəcək.