Belçikalı üçün ikiqat endirim
İngiltərənin "Lester" klubu yarımmüdafiəçi Yuri Tielemansın transferində güzəştə gedib.
Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, əgər əvvəllər “tülkülər” 25 yaşlı belçikalıya görə ən azı 38 milyon funt-sterlinq almaq istəyirdilərsə, indi onu cəmi 20 milyona satmağa hazırdırlar. Məsələ burasındadır ki, futbolçu bu mövsümün sonunda başa çatan müqaviləni yeniləmədiyi üçün bir ildən sonra pulsuz ayrıla bilər.
Thielemans "Arsenal", "Mançester Yunayted" və "Liverpul"un maraq dairəsindədir.