"Benfika" braziliyalının puluna braziliyalı alır

Donetsk "Şaxtyor"u və Lissabon "Benfika"sı ukraynalı vinger David Neresin Portuqaliya klubuna transferinin bütün təfərrüatlarını öz aralarında tam razılaşdırıblar.

Sportline.az xəbər verir ki, danışıqlar "şaxtaçılar"ın Pedrinyoya görə "Benfika"ya borclu olması səbəbindən asan keçib.

Neresin transferini elan etmək üçün "Benfika" indi futbolçunun özü ilə razılaşmalıdır. "Şaxtyor" ötən ilin yayında aldığı braziliyalı Pedrinyonun keçid məbləğindən qarşı tərəfə 3 milyon avro borclu qalıb. Portuqaliyalılar Neresə məhz həmin 3 milyondan çox ödəməyə hazır deyil. 

Danışıqların nəticəsinin bu həftə bəlli olacağı gözlənilir.