"Benfika"da yeni baş məşqçi

"Benfika"nın yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Rocer Şmidt təyin olunub. Alman mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki,  Şmidtin son iş yeri 2021/22 mövsümündə Niderland çempionatının gümüş medalını qazandığı PSV  olub.

Xatırladaq ki, "Benfika" Portuqaliya Liqasında çempion "Portu"dan 17 xal geri qalaraq 3-cü yeri tutub.

Banner