Benzema 3 gün sonra imza ata bilər

Kərim Benzema Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, fransalı hücumçu mövsümün sonunda "Real Madrid"i rəsmən tərk edir. Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanı klubunda davam etdirəcək. Futbolçu gələn həftə bu ölkəyə səfər edəcək.

Hər şey plana uyğun getsə, Benzema bu mövsüm Səudiyyə Ərəbistanı çempionatının qalibi olan "Əl-İttihad"la çərşənbə günü müqavilə imzalayacaq. Komandanı Nunu Eşpiritu Santu çalışdırır.

Daha əvvəl 35 yaşlı hücumçunun yeni klubunda 2 il ərzində 200 milyon avro qazanacağı iddia olunurdu.

Banner