Benzema "Əl-İttihad"la müqavilə bağladı

Kərim Benzema bu gündən "Əl-İttihad"ın futbolçusudur.

Sportline.az "AFR"ə istinadla xəbər verir ki, 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqavilə bağlayıb. 

Qeyd edək ki, "Əl-İttihad" Benzema üçün ilinə 100 milyon avro təklif etmişdi.