Benzema: “Mən təkcə qol vurmağı düşünmürəm"
"Əl-İttihad"ın fransalı hücumçusu Kərim Benzema "Əl-Nəsr"ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu tənqid edib.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir verir ki, Benzema sabiq komanda yoldaşı haqqında bu fikirləri səsləndirib;
“Mən təkcə qol vurmağı düşünmürəm. Ronaldonun yanında olmaq yaxşıdır, amma mənim üçün oyunda qalib gəlmək daha vacibdir. Əgər qol vurub komandaya kömək edə bilsəm, sevinərəm. Mən qol vurmağı, ötürmələri etməyi və komandama kömək etməyi xoşlayıram. Komanda mənim üçün birincidir. Ona görə xoşbəxtəm”, - deyə Benzema bildirib.