Benzema rəsmən "Real"dan getdi
Kərim Benzema "Real Madrid"dən ayrılıb.
Sportline.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi La Liqa mövsümünün sonunda başa çatan fransalı hücumçu artıq azad agent statusu daşıyacaq.
Benzema "Real"da 4 dəfə İspaniya çempionu, 3 dəfə Kubokun və 4 dəfə isə ölkə Superkubokunun qalibi olub. Bunlarla yanaşı təcrübəli futbolçu beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.