Benzema Ronaldunun rekordunu təkrarlamaq istəyir

"Real Madrid"in hücumçusu Kərim Benzema Çempionlar Liqasında bir mövsümdə qolların sayına görə "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldunu keçmək niyyətində olduğunu etiraf edib. Portuqaliyalı ulduzun rekord göstəricisi bir mövsümə 17 qoldur.

Sportline.az xəbər verir ki, UEFA-nın rəsmi saytı Benzemanın dediklərini belə çatdırıb:

“Rekordlar həmişə olacaq. Bu mövsüm ÇL-də qollarımın sayını hələ də artırmaq niyyətindəyəm. Mənim üçün ən önəmlisi komandanın qələbə qazanmasına yardımçı olmaq üçün meydanda hər şeyi etməkdir. Qol vurmaq və ötürmə etmək vacibdir, amma ən əsası meydana çıxmaq və matçda qalib gəlməkdir”.

Kərim Benzema bu mövsüm Çempionlar Liqasında 15 qol vurub. Şənbə günü, mayın 28-də, "Real Madrid" turnirin finalında "Liverpul"la qarşılaşacaq.

Banner