Benzema Səudiyyə Ərəbistanına köçür: "Bura müsəlman ölkəsidir, mən həmişə burada yaşamaq istəmişəm"

Kərim Benzema "Əl-İttihad"a keçidinin səbəbi haqqında danışıb.

Sportline.az xəbər verir ki, hücumçu klub kanalına müsahibəsində niyə Səudiyyə Ərəbistanına keçməyə qərar verdiyi sualını cavablandırıb. 

"Mən müsəlmanam və bura müsəlman ölkəsidir. Mən həmişə burada yaşamaq istəmişəm" - deyə Benzema bildirib.

35 yaşlı futbolçunun "Əl-İttihad"la müqaviləsi 2026-cı ilə qədər hesablanıb. Daha əvvəl Kərimin yeni klubunda ildə 100 milyon avro qazanacağı məlum olub.