"Beşiktaş" çempionluğu qeyd etmək qərarına gəlib

“Qara-qartallar”ın rəsmi səhifəsində yer alan xəbərə görə İstanbul təmsilçisi çempionluğu qeyd etmək qərarına gəlib.

Sportline.az SporX.com-a istinadən xəbər verir ki, "Beşiktaş" rəhbərliyi mövzu ilə balı açıqlamasında: "TFF düzgün addım atıb liqadan ayrılan komandaların matçlarını saymasaydı, çempion biz idik. Buna görə də çempionluğumuzu qeyd edəcəyik" - deyib. “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş isə məsələyə belə münasibət bildirib: "İşimizi ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. Belə bir sistemsizliyin içində oyunlarımızı yenə də qazanırıq. Ədalətli və qanuni bir liqa olsaydı daha çox uğurlu olacaqdıq".

Qeyd edək ki, "Fənərbağça" ilə xallarının sayı eyni olan "Beşiktaş" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

Ən yaxın rəqiblərini 5 xal qabaqlayan Qalatasaray 79 xalla liderdir.