"Beşiktaş" klubuna ABŞ-li idman direktoru təyin olunub

"Beşiktaş" baş məşqçi Van Bronkhorstdan sonra yeni idman direktorun da ictimaiyyətə tanıdıb.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə "Tottenhem"in və ABŞ millisinin keçmiş qapıçısı Bred Fridel gətirilib.

Son olaraq MLS klublarında "Nyu İnqland"ı çalışdıran Fridel, 2015-ci ildə karyerasını sonlandırmışdı.

Qeyd edək ki, Bred Fridel karyerasını bitirdikdən sonra Tottenhem klubunda müxtəlif vəzifələrdə çalışıb.