Portuqaliyalı futbolçu "Beşiktaş"a keçir

"Benfika"nın yarımmüdafiəçisi Rafa Silva karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Benfika" ilə müqaviləsi başa çatan Rafa Silva yaxın günlərdə "Beşiktaş"ın futbolçusu olacaq.31 yaşlı futbolçu Türkiyə klubu ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Silva 2016-cı ildən "Benfika'da çıxış edirdi. O, bu müddət ərzində "qartallar"ın heyətində 326 oyuna çıxıb, 94 qol vurub, 79 asist edib.