"Beşiktaş" rəsmiləri yeni çalışdırıcı axtarışlarına başlayıblar

"Beşiktaş" rəsmiləri yeni çalışdırıcı axtarışlarına başlayıblar.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" "Başakşəhər"lə görüşdən sonra bu qərara gəliblər.

Belə ki, Türkiyə mediasının və azarkeşlərin "Beşiktaş"ı tənqid etməsindən sonra, komanda rəsmiləri Fernando Santuşla yolları ayıracaqlarını bildiriblər.

Qeyd edək ki, Fernando Santuş isə azarkeşlərdən yeni mövsümədək səbrli olmalarını və şans vermələrini istəyib.