"Beşiktaş" Rıdvanla müqavilə imzaladı
“Beşiktaş” futbolçusu Rıdvan Yılmazla müqaviləni uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı müdafiəçi ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilə qədər idi.
“Beşiktaş”ın öz yetirməsi olan Rıdvan Yılmaz üç ildir əsas komandaya cəlb olunub. O, indiyə qədər “qara qartallar”ın heyətində 14 rəsmi oyuna çıxıb.