"Beşiktaş" səfərdə "Sivasspor"u məğlub etdi
Türkiyə Süperliqasında 23-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Sivasspor"la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə nəticələnib.
"Sivasspor" 0:2 "Beşiktaş"
Qollar: Emirhan Topçu, 42, Joao Mario, 90+3 (pen)
Qeyd edək ki, "Beşiktaş" 35 xalla 5-ci pilləyə yüksəlib. "Sivasspor" isə 23 xalla 15-ci yerdədir.