"Beşiktaş" yeni hücumçu aldı

"Beşiktaş" heyətinə yeni futbolçu qatıb. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Standard"dan (Belçika) Cekson Mulekanı transfer edib. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Cekson ötən mövsümü icarə əsasında "Kasımpaşa"da keçirib. O, bu müddət ərzində 14 matçda 12 qol vurub.