"Beşiktaş" yeni mövsümün formasını təqdim edib

"Beşiktaş" klubu 2024/2025 mövsümündə ev oyunlarında geyinəcəyi formaları təqdim edib.

Sportline.az xəbər verir ki, "Qara-qartallar"ın forma təqdimatı mərasimində Semih Kılıçsoy, Raşitsa və Emercan Terzi iştirak edib.

Klub yeni formaların yaxın günlərdə satışa çıxarılacağını bildirib.

Qeyd edək ki, "Beşiktaş"ın yeni transferi Rafa Silva ötən gün İstanbula komandanın yeni qiyafəsi ilə gəlib.