Beşqat Avropa çempionumuz Qırğızıstana yollanır

Qırğızıstanda uşu-sanda üzrə beynəlxalq turnir keçiriləcək.

Sportline.az xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.

Oktyabrın 13-də başlanacaq turnir 15-dək davam edəcək. Açıq turnirdə milli komanda Rəşad İsayevin rəhbərliyi altında mübraizə aparacaq.

Yeniyetmələrin yarışında Xəyal İbrahimov (39 kq) və Hüseyn Məhəmmədov (42 kq) bacarığını göstərəcək. Gənclərdən isə Amin Əlilli (60 kq) mübarizə aparacaq. Böyüklərə gəldikdə isə beşqat Avropa çempionu Elçin Eminov (60 kq) mükafatlar uğrunda yarışacaq.