Bir yumruğun dəyəri - 500 min avro
"Bavariya"nın futbolçusu Sadio Mane "Mançester Siti" görüşündən sonra etdiyi hərəkətə görə cəzalandırılıb.
Sportline.az Goal.com saytına istinadla xəbər verir ki, Seneqallı oyunçu, komanda yoldaşı Leroy Saneyə yumruq atdığı üçün 500 min avroya yaxın məbləğlə cərimələnib.
Bundan əlavə, Mane 1 oyun da heyətdən kənar qalacaq.
Qeyd edək ki, "Bavariya" UEFA Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"yə 0-3 hesabı ilə məğlub olub.