Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər
Boks yarışları 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına salınmaya bilər.
Sportline.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyova göndərdiyi məktubda bildirilib.
Qeyd olunub ki, IOC IBA-nın Rusiyanın enerji şirkəti "Qazprom"dan maliyyə asılılığından ciddi narahatdır: "Hazırda boks olimpiadanın proqramına daxil edilməyib. Hazırkı vəziyyəti nəzərə alaraq, IOC-un İcraiyyə Şurası bu qərarı ləğv etmək iqtidarında deyil və ciddi narahatlıqla IBA rəhbərliyinə müşahidəsini davam etdirəcək".
Xatırladaq ki, Los-Anceles olimpiadasının 21 iyuldan 6 avqustadək keçirilməsi nəzərdə tutulub.